Azərbaycanda polis rəisi qəzaya düşdübackend

Azərbaycanda polis rəisi qəzaya düşdü

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Emil adlı şəxs idarə etdiyi avtomobil ilə hərəkətdə olan digər nəqliyyat vasitəsini vurub. Hadisə nəticəsində həmin şəxs yüngül xəsarət alıb.

Əldə edilən digər məlumata görə, vurulan avtomobil Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqova məxsusdur.

Ə.Sadıqov açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:

“Sərxoş sürücü avtomobili ilə maşınımın ön hissəsini vurub. Ciddi bir şey yoxdur, mən işimin başındayam”./Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*