Azərbaycanda referendum keçiriləcək? – Açıqlamabackend

Azərbaycanda referendum keçiriləcək? - Açıqlama

Qarşıdakı aylarda Azərbaycanda konstitusiya dəyişikliyi ilə əlaqədar referendumun keçiriləcəyi gözlənilir. Ehtimallara görə, 2025-ci ilin yanvarında yeni Konstitusiya Komissiyasının yaradılacağı gözlənilir.

Görəsən, dəyişikliklərin baş verəcəyi təqdirdə yeniliklər hansı istiqamətdə olacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli mümkün ehtimallardan danışıb:

“Zaman-zaman müxtəlif formalarda konstitusiya dəyişiklikləri ilə bağlı məsələ gündəmə gəlir. Təbii ki, buna səbəb dəyişən daxili və xarici siyasət, həmçinin ictimai tələblərdə artan dinamikadır. Hüquqi normalar baş verən proseslərə adekvat olmalıdır. Birincisi, idarəetmə sisteminin modernləşməsinə ehtiyac var. Daha şəffaf, balanslı və keyfiyyətli idarəetmə modeli təsis olunmalıdır. İkincisi, qanunverici və məhkəmə hakimiyyətinin indiki periodda daha güclü əsaslarla inkişafına zəmin yaranır. Üçüncüsü isə insan hüquq və azadlıqlarının yeni daxili reallıqlara uyğun tənzimlənməsi gündəmdədir. COP29-un ölkəmizdə keçiriləcəyini də nəzərə alsaq, o zaman yaşıl idarəetmənin müvafiq bəndlərinin daha detallı işlənməsinə ehtiyac duyulur”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*