Azərbaycan onu Türkiyəyə təhvil verdibackend

Azərbaycan onu Türkiyəyə təhvil verdi

Səkkiz ölkədə saxlanılan və axtarışda olan ümumilikdə 76 nəfər Türkiyəyə ekstradisiya edilib. Onlardan biri Azərbaycanda tutulub.

KONKRET.az lent.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanda 61, Yunanıstanda və Almaniyada hərəsində 4, Fransada və ABŞ-də hərəsində 2, Böyük Britaniya, Serbiya və Azərbaycanda isə hərəsində bir nəfər saxlanılıb.

Türkiyəyə ekstradisiya olunan şəxslərdən 29-u İnterpolun qırmızı bülleteni ilə beynəlxalq, 47-si isə ölkə səviyyəsində axtarışda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*