Azərbaycanda referendum keçirilməsinə ehtiyac var – Vahid Əhmədovdan AÇIQLAMAbackend

Azərbaycanda referendum keçirilməsinə ehtiyac var - Vahid Əhmədovdan AÇIQLAMA

“Dövlət strukturlarında müəyyən problemlər var. Vitse-prezidentlik institutu yaradılanda biz fikirləşirdik ki, bu institut tam şəkildə formalaşacaq və Nazirlər Kabinetini əvəz edəcək. Amma hal-hazırda bu institut tam formalaşmayıb. Yəni Birinci vitse-prezidentimiz var, amma digər sahələrə baxan vitse-prezidentlər yoxdur”.

Bu fikirləri Konkret.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, faktiki olaraq, ikili nəzarət mexanizmi var: “İndi Azərbaycanda Nazirlər Kabineti fəaliyyət göstərir, bu qurum ləvğ olunmayıb. Əgər vitse-prezident institutları Nazirlər Kabinetini əvəz edəcəksə, o zaman referendum keçirməyə ehtiyac var. Amma mən də hesab edirəm ki, gec-tez bu olmalıdır. Ya Nazirlər Kabineti tam səlahiyyətlə fəaliyyət göstərməlidir, ya da ABŞ-da olduğu kimi vitse-prezidentlər institutu tam şəkildə formalaşdırılmalıdır”.

Ənvər Şüküroğlu,

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*