Azərbaycanda sərt karantin rejimin avqustun 31-də bitməsi nəzərdə tutulur.
Qeyd edək ki, iri ticarət mərkəzlərinin, rayonlara gediş-gəliş və sərt karantin rejiminə görə fəaliyyəti dayandırılmış digər müəssisələrin sentyabrın 1-dən fəaliyyətə başlaması gözlənilir.
Sentyabrın 1-də iri ticarət mərkəzləri fəaliyyətə başlayacaqmı?
Məsələ ilə bağlı KONKRET.az-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə məlumat yoxdur:

“Bu və digər məsələlər Operativ Qərargah tərəfindən müzakirə olunur. Bakıda və bölgələrdəki epidemoloji vəziyyət analiz edilir. Bununla bağlı qərar qəbul edilən zaman ictimaiyyətə məlumat veriləcək. Hazırda bununla bağlı məndə heç bir məlumat yoxdur”.
Nərgiz Mirzəyeva
KONKRET.az
