Azərbaycanda şirkət rəhbəri cərimələndibackend

Azərbaycanda şirkət rəhbəri cərimələndi

Neftçalada şirkət rəhbəri cərmələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən KONKRET.az-a verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən Qaraqaşlı Broyler ASC-nin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı müəssisənin rəhbəri Heydər Əsgərov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*