Azərbaycanda şirkətin pulunu xərcləyən sürücü bu yola əl atdı – VİDEObackend

Azərbaycanda şirkətin pulunu xərcləyən sürücü bu yola əl atdı - VİDEO

Şəkidə polisə yalan məlumat verən Bakı sakini saxlanılıb.

KONKRET.az xəbər verir ki, yanvarın 8-də Bakı şəhər sakini Etiram Hüseynov DİN-in “102” zəng mərkəzi ilə əlaqə saxlayaraq iki gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik avtomobili ilə toqquşduğunu və avtomobildə olan 5 nəfər şəxsin onu döydüyünü, bıçaqla hədə-qorxu gələrək üzərində olan 4 min manat pulunu aldıqlarını bildirib.

Müraciət aidiyyatı üzrə Şəki şəhər rayon polis şöbəsinə yönləndirilib. E.Hüseynovun müraciəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, əslində onun dedikləri həqiqəti əks etdirmir.

Çünki Şəki ŞRPŞ-yə dəvət olunan həmin şəxs izahatı alınan zaman sürücü olaraq işlədiyi şirkətin rəhbərindən 10 ton arpa almaq üçün 3500 manat pul götürdüyünü, Şəki rayonu, Turan qəsəbəsinə gəlib həmin vəsaiti xərclədiyini, vəziyyətdən çıxmaq üçün bu yola əl atdığını bildirib. O, ifadəsində yalan məlumat verdiyini etiraf edib.

xezerxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*