Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirildibackend

Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirildi

Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib.

Məlumata görə, Türkiyə və İsrail rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı dünən Azərbaycanda texniki görüş keçirib.

Yüksək çinli israilli məmur “Tayms of İsrail” nəşrinə açıqlamasında deyib ki, görüş zamanı İsrail Suriyada xarici qoşunların yerləşdirilməsi ilə bağlı hər hansı dəyişikliyin, xüsusən də Palmira ərazisində Türkiyə bazalarının yaradılmasının qırmızı xətt olduğunu açıqlayıb:

“İsrail açıq şəkildə bildirdi ki, hər hansı bu cür fəaliyyətin qarşısını almaq Dəməşq hökumətinin üzərinə düşür. İsraili təhdid edən istənilən fəaliyyət Suriya prezidenti Əhməd əş-Şaranın hakimiyyətini təhdid edəcək”.
***
Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib.

KONKRET.az “APA” istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib.

Məlumata görə, Türkiyə və İsrail rəsmiləri Azərbaycanda gərginliyin azaldılması mexanizmi ilə bağlı görüş keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*