Azərbaycanda virusa yoluxan xəstələr varmı? – Səhiyyə Nazirliyi cavab verirbackend

Azərbaycanda virusa yoluxan xəstələr varmı? - Səhiyyə Nazirliyi cavab verir

Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda 4 nəfərdə qrip virusu aşkarlanıb. Onlardan ikisi çinli azyaşlı uşaqdır.

KONKRET.AZ bildirir ki, hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda “A” tipli qrip virusu təsdiqlənib.

Bundan başqa, İran koronavirusa yoluxmada şübhəli bilinən 2 Çin vətəndaşını karantinə götürüb. 36 və 37 yaşlarında olan qadınlar Azərbaycandan İrana daxil olublar və Təbrizdə karantinə alınıblar. Sual olunur: “Azərbaycandan gedən turistlərdə virusun olması niyə bizim həkimlər tərəfindən deyil, Gürcüstan həkimləri tərəfindən müəyyənləşir?”

Yayılan xəbərlərlə bağlı Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əlaqə saxlanılıb. Səhiyyə Nazirliyindən BAKU.WS-ə bildirdilər ki, belə bir məlumatları yoxdur. Ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Bundan başqa, “A” tipli qrip virusu da qeydə alınmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə bildirdilər ki, ölkədə bu tipli virus qeydə alınmayıb.

“Bizə Sərhəd Xidmətindən belə bir halın müşahidə olunması barədə məlumat daxil olmayıb. Bundan başqa, ölkədə bu virusla bağlı müraciət daxil olmayıb”.

Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 9390 nəfərə çatıb, onlardan 213-ü ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*