Azərbaycanda yeni basketbol liqası yaradılırbackend

Azərbaycanda yeni basketbol liqası yaradılır

Azərbaycanda yeni basketbol yarışı yaradılır.

KONKRET.AZ Apasport.az”a istinadla xəbər verir ki, ölkəmizdə Milli Basketbol Assosiasiyasının (MBA) həm oğlanlar, həm qızlar arasında 12-14 yaş qrupunu əhatə edən Jr.NBA Azərbaycan Liqası təşkil olunacaq.

Sabah bu yeni layihənin açılışına həsr edilmiş təqdimat mərasimi və mətbuat konfransı baş tutacaq. Mərasimdə fəxri qonaq kimi MBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual qatılacaq.

Tədbirdə həmçinin Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər qonaqlar iştirak edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*