Azərbaycanda yeni serial başlayırbackend

Azərbaycanda yeni serial başlayır

İTV-də “Vəsiyyət” adlı yeni serial başlayır.

KONKRET.az xəbər verir ki, sentyabrın 14-ü saat 20:00-da efirə çıxacaq serialın çəkilişləri Şamaxı şəhərində, Çuxuryurd və Dəmirçi kəndlərində baş tutub.

Serialın ssenari müəllifi Elçin Muradov, rejissoru Ramin Nəbi, operatoru Şahmar Səfəroğlu, rəssamı Vüqar Qurbanov, baş prodüsseri Rüstəm Əliyevdir. Əsas rollarda Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Kəmalə Müzəffər, aktyorlar Hikmət Rəhimov, Aygün Fətullayeva, Rauf Şahsuvarov, Küşvər Ağayeva, Nurlar Süleymanlı və başqaları iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*