Yandex-in ödəniş xidməti Yandex Pay Apple-ın App Store mağazasından silinib.
KONKRET.az xəbər verir ki, bu barədə xidmətin nümayəndələri məlumat yayıb.
Şirkət bildirib ki, istifadəçilərin vəsaitləri təhlükəsizdir və artıq tətbiqi telefonunda olan şəxslər xidmətdən istifadəni davam etdirə bilərlər. İstifadəçilərə tətbiqi silməmək tövsiyə olunub.
Yandex Pay-in App Store-dan niyə silindiyi hələlik açıqlanmayıb. Android istifadəçiləri isə tətbiqi digər tətbiq mağazalarından yükləyə bilirlər.
Qeyd edək ki, iyun ayında Rusiyanın MAX və VK tətbiqləri də App Store-dan silinmişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az

