Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT – FOTObackend

Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT - FOTO

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.

KONKRET.az xəbər verir ki, İnstitutun direktoru vəzifəsini tanınmış ortoped-travmatoloq Elviz Qasımov icra edəcək. Vüqar Qurbanov yeni direktoru kollektivə təqdim edib.

Qeyd edək ki, E. Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini (ingiliscə) bitirib. Daha sonra isə Mərmərə Universiteti Xəstəxanası (İstanbul) Ortopediya və Travmatologiya Kafedrasında Tibbdə Uzmanlıq təhsili alıb.

Səmərəli fəaliyyətinə görə, E. Qasımov 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb. Tibb üzrə fəlsəfə doktoru E. Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*