Azərbaycandan Özbəkistana zəvvar turları təşkil edilir – ƏTRAFLIbackend

Azərbaycandan Özbəkistana zəvvar turları təşkil edilir - ƏTRAFLI

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

KONKRET.az xəbər verir ki, iclasda Özbəkistanın Turizm və İdman Nazirliyi tərəfindən Azərbaycan və bütün Qafqaz ölkələri müsəlmanları üçün “Allahşükür Paşazadənin izi ilə” adlı ziyarət turunun hazırlandığını, tarixi şəhərlər vasitəsilə yeddi günlük marşrutun təşkil edildiyi bildirilib.

Özbəkistanın, o cümlədən Daşkənd, Buxara və Səmərqənd şəhərləri və səfər imkanları haqqında məlumatların yer aldığı stend təqdim olunub. A.Paşazadə ziyarət turunun inkişafı üçün təşəkkürünü bildirib. O, ömrünün bir hissəsini təhsilə həsr etdiyi Özbəkistanı hər zaman ikinci vətəni hesab etdiyini, özbək xalqını, onun zəngin mədəniyyətini və mənəvi irsini yüksək qiymətləndirdiyini qeyd edib.

İslamın təbliği, elmi tədqiqi və müsəlman irsinin təbliğində Özbəkistanın böyük rolunu və siyasi iradəsini vurğulayan Paşazadə Özbəkistana ziyarətin mümkünlüyünün Azərbaycanda böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*