Azərbaycandan xarici ölkələrə meyvə ixracı artıbbackend

Azərbaycandan xarici ölkələrə meyvə ixracı artıb

Azərbaycanda meyvə və giləmeyvə istehsalı artıb.

Kənd Təsərrüfatı Nazirliyindən KONKRET.az-a daxil olan məlumata görə, ölkədə bu ilin yanvar-oktyabr aylarında 1 milyon 59 min ton meyvə və giləmeyvə istehsal olunub.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% çoxdur.

İstehsal olunan meyvə və giləmeyvənin 245 min 900 tonu xaricə ixrac olunub. İxrac olunan meyvənin ümumi dəyəri 300 milyondan dollardan artıqdır. Yanvar-oktyabrda xarici bazarlara meyvə ixracında 1,4% artım qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*