Hesablama Palatası Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yoxlama aparır.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, kinostudiyanın direktoru Nazim Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda yoxlama prosesi davam etdirilir:
“Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir”.