Azərbaycanın 500 manatlıq əskinası İran mediasını qəzəbləndirdibackend

Azərbaycanın 500 manatlıq əskinası İran mediasını qəzəbləndirdi

Noyabrın 8-də Azərbaycanın Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə üzərində Xudafərin körpüsünün şəklinin yer aldığı yeni 500 manatlıq əskinas çap etməsi İranda bir qrup medianın qəzəbinə səbəb olub.

KONKRET.az-ın məlumatına görə, İran mediası iddia edib ki, guya Xudafərin körpüsü İranın Milli Sərvətləri siyahısına salınıb və bu onlara qarşı hörmətsizlikdir.

Həmin mediaya xatırlatmaq lazımdır ki, Xudafərin körpüsünün bir hissəsi İran ərazisinə düşürsə, digər bir hissəsi də Azərbaycan Respublikasının ərazisinə aiddir. Xudafərin körpüsü Azərbaycanın milli-mədəni dəyərlərini göstərən ən mühüm tarixi abidələrdən biridir.

.

Erməni terror qruplaşmasının Qarabağda Xudafərin körpüsünün dizaynı ilə əskinasları çap etməsində İran üçün heç bir problem yoxdur, lakin Azərbaycan Respublikasının qanuni əskinaslarda öz milli tarixi və mədəni irsini çap etmək hüququ yoxdur ?

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*