backend

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır - RƏSMİ - YENİLƏNİB

“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır:

“Hazırda təxliyə üçün prosedur aparılır. Səfirliyin nə zaman yenidən bərpa olunacağı bilinmir. Bu, birdəfəlik bağlanma demək deyil”.//Oxu.az

***

13:22

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, səfirlik əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*