“Azərbaycanın paytaxtı Bakıdan Ağdama köçürülsün” – Deputatdan TƏKLİFbackend

"Azərbaycanın paytaxtı Bakıdan Ağdama köçürülsün" - Deputatdan TƏKLİF

BAXCP sədri Azərbaycanın paytaxtının Bakıdan Ağdama köçürülməsini təklif edib.

KONKRET.az-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyev hesab edir ki, həm iqlim, həm də təhlükəsizlik məsələlərinə görə Bakı paytaxt roluna uyğun deyil.

“Regionlarda iş yerlərinin olmaması, əksər şirkətlərin və təhsil müəssisələrinin Bakıda yerləşməsi insanların paytaxta axışmasına səbəb olur. Bundan başqa, ölkədəki bütün nəqliyyat vasitələrinin 72%-i Bakıda yerləşir ki, bu da çoxsaylı tıxaclara səbəb olur. Bütün bunlar yenidən paytaxtın köçürülməsi məsələsini aktuallaşdırır”.

Daha sonra o, digər strukturların da Qarabağa köçürülməsi təklifini irəli sürüb:

“Bakı çox yüklənib, artıq orada hərəkət etmək mümkün deyil. Dövlət strukturlarının bir qismini burada qoyub, parlamentin, Prezident Administrasiyasının inzibati binalarını Ağdama köçürmək olar. Bu həm təhlükəsizlik baxımından, həm də Qarabağın tezliklə nizamlanması baxımından faydalıdır”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*