Azərbaycanın təhvil verdiyi 8 erməni hərbçini İrəvana Fransa təyyarəsi aparıb – VİDEObackend

Azərbaycanın təhvil verdiyi 8 erməni hərbçini İrəvana Fransa təyyarəsi aparıb - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan bu gün 8 erməni hərbçini qarşı tərəfə təhvil verib.

KONKRET.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi həmin hərbçilərin ölkələrinə geri dönməsini əks etdirən görüntülər paylaşıb.

Görüntülərdən məlum olub ki, erməni hərbçiləri Bakıdan İrəvana Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə aparıb. Belə ki, təyyarənin üzərində Fransa bayrağı da olub.

Bununla yanaşı, təyyarəni İrəvanda Fransanın ölkədəki səfiri Ann Luyo və Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin qarşılayıb.

  • Aslan
    Fevral 7, 2022 - 22:13

    Bizim medyada niyə çıxmadı bu? erməni medyasından öyrənirik. mafya diktator rejimi medyayı qətl eləyib Azərbaycan’da. Rejimin Xalq’dan gizli daha nə əməlləri var nəələər nəələər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*