Azərbaycanın Türkiyədəki səfirliyində qazilərlə görüş keçirildibackend

Azərbaycanın Türkiyədəki səfirliyində qazilərlə görüş keçirildi

Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyənin Müharibə qaziləri dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin təşkilatçılığı ilə Türkiyəyə səfər etmiş qazilərimizlə görüş keçirilmişdir.

KONKRET.az xəbər verir ki, diplomatların, səfirlik nəzdindəki hərbi attaşelik aparatının əməkdaşlarının, eləcə də “Türkiyə Müharibə Qaziləri Dərnəyi”nin və “Təqaüddə olan Gizirlər Dərnəyi”nin nümayəndələrinin də iştirak etdiyi görüşdə səfir Rəşad Məmmədov qaziləri salamlayaraq, onların 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildirmişdir.

Səfir Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışaraq, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd etmiş, türk həkimlərinin onlara xüsusi qayğısını vurğulamışdır.

Səfir Rəşad Məmmədov türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmini də qeyd etmişdir.

Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini ifadə etmiş, dövlətin onlara qayğı və diqqətindən razılıq etmiş və təkliflərini səsləndirmişlər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*