“Azərbaycanla dəmir yolu barədə qarşılıqlı anlaşma var” – Qriqoryanbackend

“Azərbaycanla dəmir yolu barədə qarşılıqlı anlaşma var” - Qriqoryan

“Ermənistan və Azərbaycan arasında dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma var”.

KONKRET.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Dəmir yolu ilə bağlı müsbət məqamlar var. Bundan əlavə, hazırda ekspert işləri aparılır və nəticələr barədə daha sonra məlumat veriləcək”, – deyə Qriqoryan qeyd edib.

Onun sözlərinə görə, indiki mərhələdə Üçtərəfli İşçi Qrupu konkret məqsədlər üzrə işlər həyata keçirir, bu isə dəmir yolunun Ermənistan ərazisindən keçən hissələrinin inşasıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*