Azərbaycanla Ermənistan arasında müharibə başlamasını istəyən qüvvələr mövcuddur – Rəsul Quliyevbackend

Azərbaycanla Ermənistan arasında müharibə başlamasını istəyən qüvvələr mövcuddur - Rəsul Quliyev

Azərbaycanla Ermənistan arasında müharibə başlamasını istəyən qüvvələr mövcuddur.

KONKRET.az xəbər verir ki, bu fikirləri eks-spiker Rəsul Quliyev açıqlamasında bildirib. O, daha sonra deyib:

“Bu qüvvələr həm Ermənistanın daxilində, həm də bu müharibədən istifadə edib o regionu özünə tabe etmək istəyən Rusiyada vardır. Ermənistanda bu qüvvələr Paşinyan və onun komandasına, hətta müdafiə nazirliyinə tabe olmur. Bu generallar, polkovniklər RF-nın MN-nin QRY-su (baş kəşfiyyat qərargahı-bir başa Putinə tabedir) tərəfindən idarə edilir.
Hadisələrin bu istiqamətdə inkişafını qətiyyətlə almaq lazımdır. Vətən müharibəsində göstərilən qətiyyət yenidən özünü göstərməlidir.
İlk növbədə Paşinyan konstitusiya məhkəməsinin qərarından sonra hakimiyyəti yeni hökümətlə götürməli və ordusunu başqa ölkənin ağentləri zabit və generallardan çəkinmədən təmizləməlidir.
İkincisi başqa ölkələrə agentlik edib daxildə xaos yaratmaq istəyən siyasi qüvvələri xalqının məhkəməsinə verməyə cəhd göstərməlidir, başqa sözlə iç üzlərini açmalı, bu işdə suçlananları həbs etdirməlidir.

Azərbaycan sərhədlərində məqsədyönlü provokasiya yaradanlara özünün təmkini və ara-sıra, bizə atəş açan silahlıları (sərhədi keçməmək şərtilə) kütləvi atəşlə məhv etməlidir.Bütün sərhəd böyu baş verən hadisələri göstərən və yazan cihazlarla nəzarətdə saxlamalıdır. Azərbaycanın apardığı müstəqil siyasət artdıqca ona qarşı təxribatlar artacaq. Şimalda Azərbaycanın heç bir dostu qardaşı yoxdur, heç vaxt olmayıb və yaxın gələcəkdə olmayacaq.

Azərbaycan silahlı qüvvələrinin qaymaqlarını Şuşa, Qubadlı, Laçın rayonlarında gücləndirmək və bu zonadakı Rusiya silahlı qüvvələrinin səlahiyyətlərini tədricən məhdudlaşdırmaq lazımdır. İlk növbədə Laçın dəhlizinin Ermənistanla sərhədində Azərbaycan sərhəd qoşunları yerləşdirilməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*