Bu cümə günü yayımlanacaq “Sevgi Təsadüfləri Sevər 2” filminin premyerası keçirilib. Azərbaycanlı aktrisa Nesrin Cavadzadə ağ libası ilə gecəyə damğa vurub.
KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Nesrin Cavadzadə, Yiğit Kirazcı, Elif Doğan və Aytaç Şaşmazın rol aldığı “Sevgi Təsadüfləri Sevər 2”nin premyerası dünən gecə “Kanyon Cinemaximum”da baş tutub.
Rejissorlar – Ömer Faruk Sorak və İpek Sorak, baş rolların ifaçıları – Belim Bilgin və Mehmet Günsür də filmin premyerasında komandanı tək buraxmayıblar.
Qala gecəsinə Demet Akbağ, Gülben Ergen, Gökhan Özoğuz, Alper Saldıran, Murat Eken, Bennu Gerede, Pınar Altuğ-Yağmur Atacan, Begüm Kütük-Erdil Yaşaroğlu, Gökçe Bahadır, Burak Kut-Cansel Yeni, Batuhan Karacakaya, Burcu Biricik-Emre Yetkin, Didem Balçın, Canan Ergüder-Kenan Ece, Damla Colbay, Ezel Akay, Derya Alabora, Okan Çabalar, Gül Gölge, Gülcan Arslan, Hande Doğandemir, Tamer Levent, İsmail Ege Şaşmaz – Hande Ünal, Neslihan Arslan, Şahika Ercümen, Şenay Gürler, Sevda Erginci, Doğaç Yıldız, Ceren Akdağ, Tansel Öngel, Aslı Melisa Uzun, Yağız Can Konyalı kimi bir çox məşhur insan qatılıb.
“Sevgi Təsadüfləri Sevər 2” 1960-cı illərin İstanbulundan indiki Ankaraya qədər davam edən unudulmaz bir sevgi hekayəsidir. Film yanvarın 31-də yayımlanacaq.
Nesrin Cavadzadə dərin yırtmaclı ağ paltarı ilə gecədə xüsusilə seçilib. Məşhur aktrisa qala önündəki fotosunu “Bu qalada da bir aslan hazırlanmadım” qeydi ilə paylaşıb.
İpek Soraka aid olan “Sevgi Təsadüfləri Sevər 2″nin ssenarisini Nuran Evren Şit yazıb. Filmin çəkilişi Ankara və İstanbulda həyata keçirilib.
KONKRET.AZ
