Azərbaycanlı fəaldan xəbər yoxdur – On üç gün əvvəl evindən aparılıbbackend

Azərbaycanlı fəaldan xəbər yoxdur – On üç gün əvvəl evindən aparılıb

13 gün əvvəl Təbrizdə həbs edilən güney azərbaycanlı milli-mədəni fəal Zeynal Tənhayidən xəbər yoxdur.

KONKRET.az xəbər verir ki, ailə üzvləri dəfələrlə məhkəmə və İranın təhlükəsizlik orqanlarına müraciət etsələr də, fəalın tutulma səbəbi, ona qarşı elan edilmiş ittihamlar və harada saxlanması barədə məlumat əldə edə bilməyib.

Xatırladaq ki, oktyabrın 3-də İranın təhlükəsizlik orqanlarının əməkdaşları Zeynal Tənhayinin evinə basqın edərək heç bir məhkəmə sənədi göstərmədən onu döyərək həbs edib, özləri ilə naməlum istiqamətdə aparıblar.

Təhlükəsizlik orqanlarının əməkdaşları fəalın və həyat yoldaşının şəxsi əşyaları və mobil telefonunu da müsadirə edərək özləri ilə götürüblər.teleqraf.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*