Azərbaycanlı futbolçular karantini belə pozdular – VİDEObackend

Azərbaycanlı futbolçular karantini belə pozdular - VİDEO

Azərbaycanlı futbolçular karantini pozublar.

KONKRET.az-ın məlumatına görə, “Səbail” klubunun kapitanı Eltun Yaqublu və “Zirə”nin hücumçusu Ağabala Ramazanov karantin qaydalarını pozaraq gecə açıq havada məşq ediblər.

Kapitan bu barədə “İnstaqram” hesabından paylaşım edib və saatın 02:20 olduğunu göstərib.Videonun Bulvar ərazisində çəkildiyi ehtimal edilir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah evdən çölə icazəsiz çıxmağı və bütün parklara girişi qadağan edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*