Azərbaycanlı gənc Polşada göldə boğuldubackend

Azərbaycanlı gənc Polşada göldə boğuldu

Polşadakı göllərdən birində Gürcüstanın azərbaycanəsilli vətəndaşı boğularaq ölüb.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, dünyasını dəyişən şəxs Polşaya işləmək məqsədilə gedən Bolnisi bələdiyyəsinin Kazreti qəsəbəsinin sakini 23 yaşlı Elvar Sariyevdir.

Hadisə iyunun 28-i Bjeje kəndi yaxınlığında yerləşən eyniadlı göldə baş verib. Gənc oğlan dostları ilə birlikdə göldə çimərkən boğularaq ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*