Azərbaycanlı Gürcüstanda öldürüldü – Meyiti kəndin yaxınlığında…backend

Azərbaycanlı Gürcüstanda öldürüldü - Meyiti kəndin yaxınlığında...

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Samcevrisi (Şəmşoy) kəndində azərbaycanlı kişi qətlə yetirilib.

KONKRET.AZ xəbər verir ki, kənd sakini Feyzi Əhmədov ötən axşam qohumlarını ziyarət etmək məqsədi ilə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

F.Əhmədovun ailə üzvləri onun gecə saatlarında evə gəlmədiyini gördükdə axtarmağa başlayıblar, lakin axtarışlar nəticə verməyib. Bundan sonra yerli polis şöbəsinə məlumat verilib.

DİN əməkdaşlarının apardığı axtarış zamanı kəndin yaxınlığında F. Əhmədovun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*