Azərbaycanlı model ərəb iş adamına ərə gedir – FOTOLARbackend

Azərbaycanlı model ərəb iş adamına ərə gedir - FOTOLAR

Dubayda yaşayan azərbaycanlı model Samirə Ağayeva ərəb biznesmen Selaiman Əzizi ilə nişanlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə model “Instagram” hesabında paylaşıb.

Ortaq dostları tərəfindən tanış olan cütlüyün yaxında toyu olacağı gözlənilir.

Onların hər ikisi sosial şəbəkə hesabında bir-birinin adını qeyd edib.

Qeyd edək ki, Samirə Ağayeva Azərbaycanda və xaricdə moda nümayişlərində, reklam və foto layihələrində iştirak edir. Model əsasən beynəlxalq markalarla əməkdaşlıq etdiyi Dubay şəhərində yaşayır. O, “Best Fashion Model-2017”, “Miss Europe-2018” və “Miss Elegant-2018” kimi titullara layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*