Ukrayna gecə saatlarında Krımdakı aerodroma zərbə endirdi – VİDEObackend

Ukrayna gecə saatlarında Krımdakı aerodroma zərbə endirdi - VİDEO

Avqustun 7-nə keçən gecə Rusiyanın ilhaq etdiyi Krımda yerləşən “Qvardeyskoye” hərbi aerodromunda partlayışlar baş verib, daha sonra güclü yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Krım küləyi” monitorinq kanalı məlumat yayıb.

Aerodrom ərazisində yanacaq-sürtkü materialları anbarında yanğın baş verib. Həmçinin sursat partlayışlarının səsləri eşidilib. Hadisə şahidləri ərazidə iki yanğın ocağının olduğunu bildiriblər.

Məlumatın yayıldığı vaxtadək Rusiya rəsmiləri tərəfindən hadisə ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*