Avropa İttifaqı Rusiyanın hərbi-sənaye kompleksinin rəhbər şəxslərinə qarşı yeni məhdudlaşdırıcı tədbirlər görüb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Rəsmi Jurnalında məlumat dərc olunub.
Sanksiya siyahısına Krasnoyarsk Maşınqayırma Zavodunun baş direktoru Aleksandr Dyukarev, Serpuxov “Metallist” Zavodunun baş direktoru Ramil Badqutdinov, “İrz-Svyaz”ın direktoru Sergey Başkov, “Aeromaks”ın baş direktoru Sergey Bessonov və Dəqiq Cihazlar Elmi-Tədqiqat İnstitutunun baş direktoru Viktor İvanov daxil ediliblər.
Natiq Səlim,
KONKRET.az
