Bakıda küçələrdə gecələyən qadınla bağlı ŞOK FAKT: 3 övladı varmış, amma…backend

Bakıda küçələrdə gecələyən qadınla bağlı ŞOK FAKT: 3 övladı varmış, amma...

Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda küçədə yaşamağa məcbur qalan yaşlı qadının görüntüləri sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu. Günlərdir küçədə gecələyən, çıxılmaz vəziyyətdə qalan qadının görüntüləri cəmiyyətdə ciddi narahatlıq yaratmış, vətəndaşlar onun taleyinə biganə qalmayaraq aidiyyəti qurumların məsələyə müdaxilə etməsini tələb etmişdilər.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra aidiyyəti qurumlar hərəkətə keçib və yaşlı qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Lakin məsələ bununla bitməyib. Qadının sığınacağa yerləşdirilməsindən sonra aparılan araşdırma zamanı onunla bağlı diqqətçəkən məqam üzə çıxıb.

Məlum olub ki, küçədə köməksiz vəziyyətdə yaşayan yaşlı qadının əslində üç övladı var.

KONKRET.az xəbər verir ki, qadın ilkin olaraq övladlarının olmadığını desə də, sonradan söhbət zamanı həqiqəti açıqlayıb. O, göz yaşları içində üç övladının olduğunu təsdiqləyib.

Hazırda qadının övladları ilə əlaqə yaradılması istiqamətində iş aparıldığı və bu məqsədlə müəyyən danışıqların keçirildiyi bildirilir. Bir yaşlı qadının üç övladı olduğu halda, çarəsiz şəkildə günlərlə Bakının küçələrində gecələməsi isə cəmiyyətdə ciddi suallar doğurub.\musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*