Lvovda ukraynalı hərbçinin anası rus dilində danışdığı üçün döyüldü – Avtobusdan düşürüldü – VİDEObackend

Lvovda ukraynalı hərbçinin anası rus dilində danışdığı üçün döyüldü - Avtobusdan düşürüldü - VİDEO

Ukraynalı hərbçinin anasının rus dilində danışdığı üçün döyüldüyü və avtobusdan düşürüldüyü iddia olunur.

KONKRET.az xəbər verir ki, hadisə barədə hərbçinin özü Instagram hesabında məlumat verib.

Onun sözlərinə görə, anası uzun müddətdən sonra Polşadan Ukraynaya gələrək onunla görüşmək istəyib. Lakin Lvov vilayətində avtobusla səfər edərkən rus dilində danışdığı üçün digər sərnişinlərlə mübahisə yaranıb.

Hərbçi iddia edib ki, anasını vuraraq magistral yolun kənarında avtobusdan düşürüblər və yoluna özünün davam etməsini tələb ediblər. O, həmçinin hücum edənlərin qadından 500 ABŞ dolları tələb etdiyini, polisin isə onların tərəfini saxladığını bildirib.

İddialarını təsdiqləmək üçün hərbçi gözünün altında göyərmə olan anasının fotosunu da paylaşıb.

Hazırda polis hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd olunan iddialar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*