Uşaq dünyaya gətirmək üçün ABŞ-a gedənlərə PİS XƏBƏR – VƏTƏNDAŞLIQ VERİLMƏYƏCƏK – VİDEObackend

Uşaq dünyaya gətirmək üçün ABŞ-a gedənlərə PİS XƏBƏR - VƏTƏNDAŞLIQ VERİLMƏYƏCƏK - VİDEO

ABŞ Prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Stiven Miller Donald Trampın vətəndaşlıq hüququ və doğum turizmi ilə bağlı imzaladığı yeni fərmanların mahiyyətini izah edib.

KONKRET.az xəbər verir ki, Millerin sözlərinə görə, ABŞ Konstitusiyasına 14-cü düzəliş yalnız Vətəndaş müharibəsindən sonra keçmiş qulların övladlarına vətəndaşlıq hüququnun təmin edilməsi məqsədilə qəbul olunub.

O bildirib ki, prezident öz səlahiyyətlərindən istifadə edərək doğumla vətəndaşlıq hüququndan yararlana bilməyəcək şəxslərin kateqoriyasını genişləndirib. Bunlara ABŞ-də olan düşmən dövlətlərin vətəndaşları, xarici terror təşkilatlarının üzvləri, eləcə də xarici hökumətlər adından fəaliyyət göstərən lobbiçilər daxildir.

Miller qeyd edib ki, bu qərar nəticəsində əvvəllər doğum hüququ əsasında qanunsuz şəkildə ABŞ vətəndaşlığı əldə edən şəxslər artıq bu imkandan yararlana bilməyəcəklər.

Ağ Ev rəsmisi əlavə edib ki, Trampın imzaladığı ikinci fərman ABŞ tarixində ilk dəfə olaraq “doğum turizmi”nin qadağan edilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, indiyədək bəzi şəxslər turist kimi ABŞ-yə səfər etdiklərini bəyan etsələr də, əsl məqsədləri ölkədə uşaq dünyaya gətirərək ona avtomatik ABŞ vətəndaşlığı qazandırmaq olub.

Miller vurğulayıb ki, fərmanın qüvvəyə minməsi ilə bu məqsədlə viza almaq artıq mümkün olmayacaq və doğum turizmi praktikası rəsmən qadağan edilir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*