Azərbaycanlı tələbələr dağıntılar altından çıxarılıb – RƏSMİbackend

Azərbaycanlı tələbələr dağıntılar altından çıxarılıb - RƏSMİ

Türkiyənin Malatya şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə xilas edilib.

KONKRET.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

A.Hacızadə deyib ki, hazırda tələbələrin vəziyyətilə bağlı məlumatlar toplanır:

“Onların kimlikləri, sağlıq durumları ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən 7.7 ballıq zəlzələdən sonra 3 minə yaxın insan həlak olub, 15 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında azərbaycanlılar da var. Eyni zamanda dünən 4 azərbaycanlı tələbənin uçan binanın dağıntıları altında qaldığı açıqlanmışdı.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*