Azərbaycanlıları Çindən gətirəcək təyyarə sabah geri qayıdacaqbackend

Azərbaycanlıları Çindən gətirəcək təyyarə sabah geri qayıdacaq

Türkiyə və digər ölkələrin vətəndaşlarını gətirmək üçün Ankaradan Çinə yola düşən ambulans təyyarə saat 23:00-da Uhan şəhərinə çatacaq.

KONKRET.AZ CNN TÜRK-ə istinadən xəbər verir ki, bu barədə Çinin Türkiyədəki səfirliyinin mətbuat katibi Xie Xinxing bildirib.

O qeyd edib ki, ambulans təyyarə sabah geri qayıdacaq.

Qeyd edək ki, ambulans təyyarə yeni tip koronavirus epidemiyasının yayıldığı Uhan şəhərindəki Türkiyə vətəndaşlarını gətirmək üçün Ankaradan Çinə yola düşüb. Türkiyə Hava Qüvvələrinə məxsus A400M təyyarəsində mütəxəssis həkimlər də Çinə yollanıb.  

Təyyarə Uhanda olan 34 Türkiyə vətəndaşı ilə yanaşı, 7 azərbaycanlı, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını da Türkiyəyə gətirəcək.

Tibbi müayinədən keçəndən sonra təyyarəyə mindiriləcək 49 nəfər Türkiyəyə gətirilərək Ankarada hazırlanan xəstəxanada karantin altına alınacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*