“Azəriqaz” İstehsalat Birliyində ezamiyyə xərcləri o qədər şişirdilib ki, artıq qurumun rəhbər şəxsləri dilə gəlib.
KONKRET.az xəbər verir k, bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.
O bildirib ki, nəticə etibarilə “Azəriqaz”ın İqtisadiyyat və Uçot Departamentinin rəisi Marif Nəcəfov Baş direktorun istismar üzrə müavini Cahid Hüseynova rəsmi məktubla müraciət edib.
O, məktubunda birliyin xərclərinə SOCAR tərəfindən ciddi nəzarət olunduğunu qeyd edərək bildirib ki, son 7 ayda ezamiyyə xərcləri xeyli artıb.
Departament rəis hətta bir qədər də irəli gedərək yazıb ki, ezamiyyə xərclərinin artması satılmış qazın maya dəyərinə mənfi təsir göstərir.
O, sonda izafi ezamiyyə xərclərinə daha çox vəsait sərf olunan şöbələrin adlarını sadalayaraq, bu xərclərin azaldılması üçün tapşırıq verilməsini xahiş edib.
Məktubdan görünür ki, SOCAR rəhbərliyi Ruslan Əliyevin baş direktoru olduğu birliyə qarşı nəzarəti sərtləşdirib.
Bu isə artıq məsul şəxsləri belə “əl-qollarını yığmağa” məcbur edib.
Departament rəisi Marif Nəcəfovun Baş direktorun müavini Cahid Hüseynovun məktubunu olduğu kimi aşağıda təqdim edirik://Mia.az