2023-cü ilin yanvar – iyun ayları ərzində əhali sektorunun təbii qazla təmin olunan 1 milyon 689 min 244 abonenti 12 qəpik tarifilə qazdan istifadə edib.
KONKRET.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, bu rəqəm ümumi abonentlərin 67,5 faizini təşkil edir:
“730 969 abonent 20 qəpiklik tariflə (ümumi abonentlərin 29,2 %-i) və 83 543 abonent 25 qəpiklik tarifilə (ümumi abonentlərin 3,3%-i) qazdan istifadə edib”.

Həmin o, 3.3% dediyiniz kasıb əhalidir.Hansıkı həyət evlərində yaşayır.Siz heç onları nəzərə alırsınız? Ancaq binaları nəzərdə tutursuz.Binaların bir çoxu mərkəzi istilik sistemiylədir.
Boş danışıqla yox faktla izah edin 6 nəfərlik ailə həyət evində necə isinsin ki limiti aşmasın.bir də ki xalqı dolamayın ayıbdır!
Onların xalq nə vecinə.öz ciblərini düşünən məxluqlardır Heç adam da deməyə dilim gəlmir
Bilirsiniz ki, heç kim bunu araşdırmayacaq. Ağzınıza gələn rəqəmləri yazırsız. Ən azı soyuq dağ rayonları, demək olar bütün rayonlar limiti aşıb. Sadəcə xalqı avam yerinə qoymusuz.
Salam beli sexsen men 25 qepikden oduyurem 3 aileye 1 sayqac var ikincini isdiyirem diyiler icaze yoxdu xais edirem bunu nezere alasiz
Məni 12 qəpiklik limiti fevral əyında bitirmişəm. Bunlar həmişə naqıl danışır.
Ümumiyyetle bu yalan reqemlerdir.3.3 faiz gülüncdür.Men de Heyet evindeyem hele de 20 manat yükleyurem 10 manat yüklenur hele yanvara var.Qaz ölkesinde bu ne demekdir.Getsinler Diger qaz neft olkelerine baxsinlar.Türkmenistan oksun Qeter oksun Norvegiya falan ,az qala pulsuzdur.Ozumuz ozumuzun canini alirirq.minimum emek haqqi verib onu da qaza tutullar.350 manatin 120-140 manati qaza gedir.Siz ne danishirsiniz.Biz ölüme mehkum xalqiĝ
Azəri qaz..camahati sariyib..ay başina daş düşsün azəri qaz sənin.limit deyilən şey ölkələrdə camahata misal üçün 200 kub pulsuz verilir..əyər sən limiti aşarsansa o zaman aşagi qiymətlə hesablanir.burda isə kəllə mayallaq.bu camahat niyə bir araşdirib maraqlanmir ki limit nə deməkdir.
Qaz limitini vətəndaşlara məsləhət bilən məmur nəzərə almalıdır ki,dağdibi kəndlərdə yaşayan əhali ilin 7 – 8 ayını,aran kəndində yaşayan əhali ilin 1 – 2 ayını istilik sistemi üçün qazdan istifadə edir. ( Parniklər nəzərdə tutulmur )
Bunlar xalqı nə düşünür? Çoox vicdansızdırıar Bu dünyada nədənsə allah bunlarən bəlasını vermədiyi üçün belə qudururıar ,Bəla gəlmir,bunlar da düşünür ki yəqin haqq yoldayıq.
Heyət evlərindən yawayan coxh rayon sakini limiti mart ayından kecibe, yaziq kasib millət neynesun axi? Insafiniz olsun hec olmasa deyirem xahiw
Salam .Yalandı mən həyət evində yaşayıram mart ayından 12_qəpik bitib Vallah kasıb təbəqə zülüm çəkir .Ləğv olunmalıdır bu limit məsələsi .Həyət evlərində isinmək olmur 120kub nədir axı Kimə lazımdı bu yalançı rəqəmlər.