“Azərsığorta” Aprel qazisinin sağlamlığına dəyən maddi ziyanı niyə ödəmir ? – AÇIQLAMA – ÖZƏLbackend

“Azərsığorta” Aprel qazisinin sağlamlığına dəyən maddi ziyanı niyə ödəmir ? – AÇIQLAMA - ÖZƏL

Samir və Elşən adlı  iki hərbçi “Azərsığorta” Dövlət Sığorta Şirkətinin fəaliyyətindən narazıdır.

KONKRET.az-ın redaksiyasına şikayət məktubu ünvanlayan hərbçilər adıçəkilən şirkəti onların sağlamlığına dəyən maddi ziyanı ödəməməkdə günahlandırır. Aprel qazisi olan Samir Məmmədov və digər hərbçi yoldaşı Əhmədov Elşənin sözlərinə görə, 2014-cü il aprel ayının 8-də sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində ölən və yaralananlar olub. Həmin vaxt yaralanan şikayətçilərin sözlərinə görə, avtotexniki ekspertiza hər iki maşının sürücüsünün günahkar olduğu qənaətinə gəlib. Hər iki maşın üçün sərnişin hesab olunan hərbçilər  “Paşa” sığortadan sağlamlıqlarına dəyən maddi ziyanı (3 min manat) alsalar da,  “Azərsığorta” Dövlət Sığorta Şirkəti bu pulu ödəməkdən imtina edib.

Həm də ikinci qrup əlil olan hərbçilərin iddiasına görə, “Azərsığorta” Dövlət Sığorta Şirkətinin departament direktoru Xəyyam Hətəmov 8 ay onları get-gələ salıb. Sonda isə müxtəlif bəhanələr gətirərək sağlamlığa dəyən zərərin ödənilməyəcəyini deyib. Hərbçilər bununla bağlı Mərkəzi Banka da müraciət ediblər və qərar onların leyhinə verilib. Lakin bunun da bir nəticəsi olmayıb. Şikayətçilər onu da bildirirlər ki, 70 km/saat sürət həddi qoyulan yolda avtobus sürücüsü 110 km/saatla hərəkət edib. Ancaq “Azərsığorta” tərəfindən sığorta edilən avtobusun sürücüsünün nə cinayətinin, nə də həbsinin olmadığını əsas gətirən şirkət hərbçilərə dəyən ziyanı ödəmir. Şikayətçilər isə avtobus sürücüsünün qəzada həlak olduğunu əsas gətirərək “Azərsığorta”nın iddiasını əsassız sayır.

Məsələ ilə bağlı “Azərsığorta” Dövlət Sığorta Şirkəti Konkret.az-ın sorğusuna cavab verib.  Bildirilib ki, səlahiyyətli dövlət orqanı tərəfindən (Bakı Ağır Cinayətlər Məhkəməsi) təqdim edilən sənədlərə əsasən hadisədə sürücünün təqsirinin olmaması səbəbindən və mülki məsuliyyəti yaranmadığından 08.04.2014-cül tarixində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*