“Azərsu”dan bu rayonların sakinlərinə ÇAĞIRIŞbackend

"Azərsu"dan bu rayonların sakinlərinə ÇAĞIRIŞ

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq həddən artıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli su  məhdudiyyətlərlə verilir.

“Azərsu” ASC-dən KONKRET.az-a bildirilib ki, bu müddətdə abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik.

Yaranmış narahatlıqla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatlatı Agentliyi “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

  • Nurlana
    Sentyabr 12, 2023 - 07:48

    Uzr zad isdemeyin herden suyu acin su gorek.3gundu su yoxdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*