AzTV xüsusi karantin rejimini kobud şəkildə pozdu – VİDEObackend

AzTV xüsusi karantin rejimini kobud şəkildə pozdu - VİDEO

AzTV Nazirlər Kabinetinin Operativ Qərargahının xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozub.

KONKRET.az MediaTime.az-a istinadla xəbər verir ki, kollektiv bir neçə gün öncə, təxminən 6 may tarixində karantin dövründə müvəqqəti fəaliyyəti dayandırılan Musiqili Teatrın binasını açdıraraq, 80 nəfərdən ibarət çəkiliş ediblər. Çəkiliş zamanı xüsusi karantin rejiminin qaydalarına əsasən ara məsafəsi saxlanılmayıb və tibbi maskalardan istifadə edilməyib. Çəkilişdə Simfonik Orkestr və Xor kollektivi, o cümlədən bir neçə ifaçılar da iştirak edib. Həmçinin kanalın aparıcısı Kamran Ağabalayev də çəkilişdə olub.

Məsələ ilə bağlı Azərbaycan Televiziyasının Musiqi kollektivinin rəhbəri, əməkdar artist Zaur Əmiraslanov çəkilişin karantin qaydalarının tətbiq edilməsindən öncə baş tutduğunu bildirib. Lakin xatırladaq ki, xalq artisti Faiq Ağayev təxminən 5 gün öncə sahib olduğu yeni saç tərzi ilə sözügedən proqramda çıxış edib. Həmçinin xalq artisti Tünzalə Ağayevanın da yeni imici də məhz karantin zamanına təsadüf edir.

 

  • Vətəndaş
    May 10, 2020 - 12:30

    Bir şeyi təbliğ edəndə, gərk əvvəlcə özün ona riayyət edəsən. Əks halda aptekdən alınan maskaya ehtiyyac yoxdur. gor necesi ust- ustədir əziz karantin qaydasını pozanlar.

  • Gülsüm Musayeva
    May 11, 2020 - 23:49

    Belə şeylərə baxıb tez cəza verirsiz.12 yaşında qız usaqinnan kiraye bir evdə ac susuz ölürük 190 m vermirlerki aztəminatlı meyyarina uyğun deyilsən.bir belə şeylerede baxinda

  • Qəmər
    May 12, 2020 - 00:15

    O Kamran Ağabalayev az qalırdı ki, camaati efirdən boğsun..evdə qalın…qal da evdə. Efirdən necə kobud danışırdı. İndi hansı üzlə çıxacaq verilise?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*