Balakəndə azyaşlı dərmandan zəhərlənib.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Gərəkli kəndində baş verib.
3 yaşlı M.O. yaşadığı ünvanda nəzarətsiz qalaraq nənəsinə məxsus dərman qəbul edib.
Azyaşlı Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə aparılıb.
M.O.-ya xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti stabilləşdikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.