Bağırsaq xərçənginin əsas səbəbi qidalanmadır? – VİDEObackend

Bağırsaq xərçənginin əsas səbəbi qidalanmadır? - VİDEO

“Çox ət yemək bağırsaq xərçənginin inkişafına səbəb olan amillərdən biridir”.

KONKRET.AZ xəbər verir ki, bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-qastroenteroloq-hepatoloq Arzu Yusifova deyib.

Onun sözlərinə görə, qidalanma şişlərin yaranmasının əsas səbəblərdən biri sayılır. Aparılan araşdırmalar bitkilərlə qidalanmaya üstünlük verənlərdə bağırsaq şişlərinə daha az rast gəlindiyini göstərir. İrsi faktorun təsiri barədə danışan mütəxəssis ailə üzvlərində bağırsaq xərçəngi olanların risk qrupuna daxil olduğunu vurğulayıb.

Həkim profilaktika məqsədilə 40 yaşdan sonra bağırsaq müayinəsinin aparilmasını tövsiyə edib. A.Yusifova bağırsaq şişləri, bağırsaqlarda yaranan digər problemlər barədə danışıb, bir çox sualları cavablandırıb.

Ətraflı videoada tanış ola bilərsiniz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*