“Bakı həbsxanalarında olanlar Ermənistan üçün damğadır” – Armen Aşotyanbackend

“Bakı həbsxanalarında olanlar Ermənistan üçün damğadır” - Armen Aşotyan

“Mən utanıram ki, bu gün dövlətimiz hərbi əsirlərin və separatçıların “rəhbər”lərinin qaytarılması üçün mübarizə aparmır”.

KONKRET.az xəbər verir ki, bunu siyasi məhbus, Respublika partiyasının vitse-prezidenti Armen Aşotyan bu gün məhkəmə zalında jurnalistlərlə qısa söhbətində deyib.

“Sabah Bako Saakyanın (Qarabağdakı separatçıların sabiq “rəhbəri”) ad günüdür, mən bir erməni kimi ondan hələ də həbsdə olduğuna görə bağışlanmasını diləyirəm.

Siyasi məhbuslar hakimiyyət üçün, Bakı həbsxanalarında olanlar isə Ermənistan Respublikası üçün damğadır”, deyə Armen Aşotyan vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*