Bakı Limanında sanitar nəzarət gücləndirildibackend

Bakı Limanında sanitar nəzarət gücləndirildi 

“Koronavirus – 2019-nkov” virusunun Çində yayılması ilə əlaqədar Bakı Limanında sanitar nəzarət gücləndirilib.

KONKRET.az xəbər verir ki, limandan verilən məlumata görə, sərnişinlərin və yüklərin daxilolma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür. Limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir.

Əlavə olaraq liman ərazisində daimi olaraq təcili tibbi yardım avtomobili fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*