Bakı məktəbində ŞOK: Sinif bütövlükdə DƏRSDƏN İMTİNA ETDİbackend

Bakı məktəbində ŞOK: Sinif bütövlükdə DƏRSDƏN İMTİNA ETDİ

Valideynlər bildiriblər ki, tələbləri yerinə yetirilməyənə qədər övladlarını məktəbə göndərməyəcəklər.

KONKRET.az hokm.az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdləri dərsə gəlməkdən imtina edib.

Buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir. Belə ki, əvvəlki illərdə səhər növbəsində dərsə gələn şagirdlərin valideynləri onları yeni tədris ilindən ikinci növbəyə məktəbə gətirməkdən imtina ediblər. Bu qərar valideynlərlə məsləhətləşmədən və onlara xəbərdarlıq edilmədən qəbul olunub.

Valideynlərin əksəriyyəti 18 saylı məktəbi məhz birnövbəli olduğuna görə seçiblər. Bu dəyişiklik işləyən valideynləri çətin vəziyyətə salıb. Valideynlər müvafiq qurumlara müraciət etsələr də, heç bir cavab almayıblar. Valideynlər bildiriblər ki, övladları birinci növbəyə qaytarılmayına qədər dərsə gəlməyəcəklər.

  • Rahilə
    Sentyabr 30, 2021 - 08:32

    Dərslər dünən başladı,uşaqlar xəstədi,bunun axırı necə olacaq?bagçalar xəstə,məktəblər xəstə,o uşaqlar yaşayan evlərdə nə qədər yaşlı,qoca,xəstə insanlar var,onları da gətirib yoluxdururlar.məncə bir tədbir görülməlidi

  • Rahila
    Sentyabr 30, 2021 - 08:34

    Salam

  • Sevinc
    Sentyabr 30, 2021 - 16:24

    Beli ovladim 2gun getdi sinifde xesde usaqdan xesdelik kecdi indi 1 yasinda ovladim da yoluxdu qiripe ozumde hamile bu gunden mende artiq nasazam indi bilmirem balalarima baxim ya evime ya ozume.

  • kemale
    Oktyabr 1, 2021 - 09:50

    məktəblər açıldı uşaqların çoxu məktəbdən xəstəlik tutdu uşağlar hamısı xəstə uşaqlarımız biri qızdırmadan yanır bir tədbir görülsün xəstəliyin artan vaxtı biz valideynlər narahatıq

  • anonim
    Oktyabr 1, 2021 - 16:54

    Onsuzda birazdan adi mekteb anlayisini onlayn mekteb anlasi ile evez olacaq isteyir pandamiya olsun isteyir olmasin)))

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*