Bakı metropolitenində Həzi Aslanovdan İçərişəhər metrostansiyası xəttində hərəkət edən qatarın qapısında texniki problem yaranıb.
Bakı Metropoliteni QSC-dən KONKRET.az-a verilən məlumata görə, yaranan problem maşinist tərəfindən aradan qaldırılıb, qatar marşrutu üzrə hərəkətini davam etdirib.
Yaranmış nasazlıqla əlaqədar intervalda 5 dəqiqəyə qədər ləngimə müşahidə edilir.
