Bakı metrosunda qatarların hərəkəti yubandıbackend

Bakı metrosunda qatarların hərəkəti yubandı

Bu gün Bənövşəyi xəttin “Xocəsən” stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.

Bu barədə KONKRET.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

Lakin Bənövşəyi xəttin “Avtovağzal-8 Noyabr” sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*