Bakıdan Moskvaya uçan təyyarə məcburi eniş edib.
KONKRET.az xəbər verir ki, yerli vaxtla saat 20:31-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək barədə qərar verib.
Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib
APA.az
