Bakı-Qazax magistralında ağır qəza – Ölən varbackend

Bakı-Qazax magistralında ağır qəza - Ölən var

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

“Ateko” markalı yük avtomobili “KamAZ” markalı maşına çırpılıb.

Nəticədə “Ateko”nun sürücüsü hadisə yerində ölüb. Qəza zamanı yoldan çıxaraq aşan “KamAZ”ın sürücsü yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*